İdman

Ronaldu "Yuventus"dan gedəcəyi haqda danışdı

21 Aprel 2019 15:31
11 Şərh     Baxış: 2 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu klubumdakı ilk mövsümüm üçün yaxşı nəticələr əldə etdik. Bura uyğunlaşdım. A seriyasını və İtaliya superkubokunu qazandıq. Bunlar asan deyil. Uğurlu bir oldu. Xoşbəxtik".

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, bu sözləri "Yuventus"un futbolçusu Kriştianu Ronaldu İtaliya çempionu olmaqlarını şərh edərkən deyib.

O, Çempionlar Liqasında mübarizəni dayandırdıqları üçün əsəbiləşib-əsəbiləşmədiyi ilə bağlı sualı belə cavablandırıb: "Hər zaman qalib gəlmək mümkün deyil. Biz bacardığımızı etdik. Ancaq kuboku bir komanda udacaq. Mən komandama kömək etmək üçün əlimdən gələni etdim. Növbəti mövsüm bu kuboku qazanmağa çalışacağıq. İnanırıq ki, qarşıdakı il daha yaxşı keçəcək".

K.Ronaldu Turin klubundan ayrılacağı ilə bağlı yayılan iddialara da münasibət bildirib: "Min faiz "Yuventus"da qalacam".

Qeyd edək ki, Ronaldu İngiltərə, İspaniya və İtaliyada ölkə çempionu olan ilk futbolçu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.