İdman

Nərminə Səmədova II AGF Junior Trophy beynəlxalq turnirində gümüş medal qazanıb

21 Aprel 2019 14:35
Baxış: 416

Azərbaycan gimnastı Nərminə Səmədova bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirində lentlə hərəkətlərdə 18.000 bal toplayaraq gümüş medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qızıl medalı italiyalı gimnast Sofiya Raffaelli (18.350 bal), bürünc medalı isə İsrail təmsilçisi Asya Adi Kats (17.400 bal)

Lentlə hərəkətlərdə çıxış edən Azərbaycanın digər təmsilçisi Arzu Cəlilova 17.000 bal toplayıb və dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.