İdman

Azərbaycan gimnastı AGF Junior Trophy beynəlxalq turnirində bürünc medal qazanıb

21 Aprel 2019 12:53
Baxış: 236

Azərbaycan gimnastı Arzu Cəlilova AGF Junior Trophy beynəlxalq turnirində iplə hərəkətlərdə 17.350 bal toplayaraq bürünc medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qızıl medalı Rusiya təmsilçisi Anastasiya Simakova (18.600 bal), gümüş medalı isə italiyalı gimnast Sofiya Raffaelli (18.600 bal) qazanıblar.

İplə hərəkətlərdə çıxış edən Azərbaycanın digər təmsilçisi Nərminə Səmədova 16.900 bal toplayıb və altıncı yerdə qərarlaşıb.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.