İdman

Qvardiolanın güvənmədiyi futbolçunu “Yuventus” və “Bavariya” istəyir

21 Aprel 2019 12:11
0 Şərh     Baxış: 871

Almaniyanın "Bavariya" və İtaliyanın "Yuventus" klubu "Mançester Siti"nin futbolçusu üçün hərəkətə keçir.

Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, baş məşqçi Pep Qvardiola ilə problemlər yaşadığı deyilən Leroy Sane, cari mövsümün sonunda "şəhərlilər"dən ayrılmaq niyyətindədir. Alman futbolçu ilə yaxından maraqlanan "Bavariya" və "Yuventus" onun üçün transfer təklifi etməyə hazırlaşır.

"Mançester Siti"nin 2021-ci ilədək müqaviləsi olan vinger üçün azı 70 milyon avro tələb edəcəyi deyilir.

2016-cı ildə 50 milyon avro müqabilində "Şalke"dən transfer olunan 23 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 42 oyunda 15 qol vurub, 18 məhsuldar ötürmə verib.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.