İdman

"Real"dan 3 transfer bombası: 320 milyon avro...

21 Aprel 2019 11:22
8 Şərh     Baxış: 2 355
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real" növbəti mövsüm üçün tranfser çlışmalarını sürətləndirib.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, Zinəddin Zidanı yenidən komandaya qaytaran Florentino Peres transferlərə 500 milyon avro ayırıb.

"Daily Mirror"un məlumatına görə, gələn mövsüm Çempionlar Liqası, La Liqa və "Kral Kuboku"nda çempionluğu hədəfləyən Zidanın transfer büdcəsinin böyük hissəsini 3 futboçunun alınmasına sərf etmək istəyir.

Alıncaq futbolçulardan biri Eden Hazardı. Məlumata görə, "Real" artıq belçikalı ulduzun trasferini "Çelsi" ilə razılaşdırıb və yaxın günlərdə açıqlayacaq. "Kral Klubu"nun Hazard üçün 100 milyon avro ödəyəcəyi deyilir.

Zidanın israrla istədiyi digər futbolçu Paul Poqbadı. "Real" fransalı ulduzun keçidi üçün "Mançester Yunayted"lə danışıqları davam etdirir. İspanlar bu transferi də 100 milyon avroya həll etmək istəyir.

Zidanın son "bombası" "Liverpul"dan Sadio Manedi. Fransalı mütəxəssis bu futbolçunun alınmasını çox istəyir. "Real"ın afrikalı ulduz üçün 120 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.