İdman

Qazaxıstan yığmasının bədii gimnastika üzrə məşqçisi: "Bakıda hər zaman yeni təəssüratlar və bilik almağı planlaşdırırıq"

21 Aprel 2019 08:28
Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Trend-ə istinadən bildirir ki, Qazaxıstanın bədii gimnastika üzrə məşqçisi Svetlana Krasnikova 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin təşkilini yüksək qiymətləndirib.

"Yarışlarda təəssüratlar ən yaxşıdır, təşkilatçılıq əladır. Hər şey xırdalığına qədər nəzərə alınıb. Bu həm də gimnastların podiumda çıxışlarına və məşq zalına da aiddir. Çoxlu könüllü var, onlar hər zaman kömək etməyə hazırdılar. Fikrimcə, bu Dünya Çempionatından öncə məşqdir", - deyə məşqçi bildirib.

S.Krasnikova deyib ki, Bakıya hər zaman böyük məmnuniyyətlə gəlir: "Çox gözəl bazanız var, şərait möhtəşəmdir. Bakıya gəlib Milli Gimnastika Arenasında çıxış etmək böyük həzzdir. Burada qələbə hissi keçirirsən. Hər zaman Bakıda yeni təəssüratlar və bilik almağı planlaşdırırıq".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkədən 130-a yaxın gənc bədii gimnast iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçirilən gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar.

Ayın 21-dək davam edəcək yarışda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, 2018-ci il Avropa çempionatının gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.