İdman

"Bakıda Milli Gimnastika Arenasında ab-hava möhtəşəmdir" - rusiyalı gimnast

21 Aprel 2019 08:10
Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Milli Gimnastika Arenasında ab-hava möhtəşəmdir.

Milli.Az bildirir ki, bunu Trend-ə bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin iştirakçısı, rusiyalı gimnast Dariya Serqayeva deyib.

"Bugünkü çıxışımın nəticəsindən tam razı qalmadım, daha çox işləmək lazımdır", - deyə gimnast bildirib.

Rusiyalı idmançı vurğulayıb ki, turnirdə iştirak onda ancaq xoş təəssüratlar yaradır: "Bakıda Milli Gimnastika Arenasında çox rahatdır - böyük, işıqlı zal, tamaşaçılar çox isti qarşılayır, çoxlu emosiya bəxş edir. Bakıya ilk dəfə gəlmişəm, ab-hava çox xoşuma gəldi".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkədən 130-a yaxın gənc bədii gimnast iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçirilən gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar.

Ayın 21-dək davam edəcək yarışda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, 2018-ci il Avropa çempionatının gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.