İdman

Gimnastlarımız topla hərəkətlərdə AGF Junior Trophy beynəlxalq turnirinin finalına yüksəliblər

20 Aprel 2019 20:36
0 Şərh     Baxış: 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan gimnastları Arzu Cəlilova və Nərminə Səmədova topla hərəkətlərdə bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin finalına yüklsəliblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Arzu Cəlilova 19,800 bal, Nərminə Səmədova isə 17,750 bal toplayıb.

Finala həmçinin Anastasiya Simakova (Rusiya), Sofiya Raffaelli (İtaliya), Asya Adi Kats (İsrail), Sabina Bakatova (Qazaxıstan), Yeva Brezaliyeva (Bolqarıstan) və Marqarita Kolosova (Almaniya) yüksəliblər.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.