İdman

Bakıda AGF Junior Trophy-nin çöxnövçülükdə mükafatlandırma mərasimi keçirilib - FOTO

20 Aprel 2019 21:11
Baxış: 299

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin fərdi proqramda çoxnövçülükdə qalib və mükafatçıların mükafatlandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qızıl medalı rusiyalı Anastasiya Simakova qazanıb, "gümüş"ün sahibi italiyalı Sofia Raffaelli olub, bürünc medal isə Rusiya təmsilçisi Dariya Serqayevanın olub

Həmçinin Azərbaycan Gimnastika Federasiyasının təsis etdiyi xüsusi mükafat AGF Trophy-nin təqdimetmə mərasimi də keçirilib. Mükafat azərbaycanlı gimnast Arzu Cəlilovaya verilib.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.