İdman

Azərbaycan gimnastları lentlə hərəkətlərdə "AGF Junior Trophy"nin finalına yüksəliblər

20 Aprel 2019 20:21
Baxış: 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan gimnastları Arzu Cəlilova və Nərminə Səmədova lentlə hərəkətlərdə bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin finalına yüklsəliblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, eyni növ hərəkətlərdə turnirin finalına həmçinin Anastasiya Simakova (Rusiya), Sofia Raffaelli (İtaliya), Asya Adi Kats (İsrail), Arina Krasnorutskaya (Belarus), Səbinə Bakatova (Qazaxıstan), Katrin Tsoneva (Bolqarıstan) yüksəliblər.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.