İdman

"Qvardiola ÇL-da qalib ola bilməyəcək" - Qullit

20 Aprel 2019 14:44
6 Şərh     Baxış: 1 184
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Holland futbolunun canlı əfsanəsi sayılan Rud Qullit "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın Çempionlar Liqasının qalibi olmayacağını düşünür.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Qullit beIN Sports-a niyə belə proqnoz verdiyinin səbəbini də açıqlayıb:

"Onun sərəncamında Messi yoxdur. "Bavariya"da da qitənin ən nüfuzlu turnirinin baş mükafatına sahib çıxmağa yaxın olub. Amma hədəfə çatmayıb. Münhen klubu ilə Almaniya çempionluğunu bayram etmək ciddi nəticə vermək sayılmır. Bayern bunu Qvardiolasız da yaxşı bacarır. İndi "Mançester Siti"də də eyni vəziyyətdir. Messi yoxdur, böyük qələbə gözə dəymir. "Barselona" çətinə düşəndə Leo dəfələrlə köməyə gəlib, bir neçə çox önəmli oyunu təkbaşına çevirib. Pepin futbol ehtirasına və motivasiyasına görə heyifsilənirəm. Ona yazığım gəlir. Axı Messisiz "Barselona" qurmaq qeyri-mümkündür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.