İdman

"Rəqibin azlıqda qalması sayəsində bura gəlib çıxmışıq" - Bordin

19 Aprel 2019 23:27
0 Şərh     Baxış: 594

"Nəticədən razı qaldım. Qarşımıza qoyulan məqsədə bir addım da yaxınlaşdıq".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunu "Neftçi"in baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

İtaliyalı mütəxəssisin sözlərinə görə, oyun çətin keçib: "Xüsusən də ilk yarıda çətinliklə üzləşdik. Hər iki komandanın qol imkanları oldu. Mirabdulla Abbasovun boşa verdiyi epizodu qeyd edərdim. Fasilədən sonra vəziyyəti dəyişdik. Rəqibin azlıqda qalması da xeyrimizə oldu. Qalib gəldiyimiz üçün sevinirəm. Ancaq bəzi futbolçularımızın zədələnməsi və sarı vərəqə limitini doldurmasına görə üzgünəm. Azarkeşlərimizə də təşəkkür edirəm".

Bordinin çempionluğun taleyinin son turda "Qarabağ"la matçda həll olunacağı fikri ilə razı olmadığını deyib: "Çempionatın sonu yaxınlaşır. Liderlə aramızda iki xal fərq var. Hər oyunda rəqibin azlıqda qalması sayəsində bura gəlib çıxmışıq. Hər matçda böyük hesabla qalib gəlmək olmur. Çempionluğun taleyinin son turda "Qarabağ"la görüşdə həll olunacağı fikri ilə razı deyiləm. Qarşıda hələ iki tur var. Ondan sonra "Qarabağ" haqda düşünmək olar".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.