İdman

"Neftçi" mənimlə də, mənsiz də əziyyət çəkir - Emin Mahmudov

19 Aprel 2019 23:24
2 Şərh     Baxış: 490

"Neftçi"nin kapitanı Emin Mahmudov Topaz Premyer Liqasının 25-ci turunda "Sabah"a 0:2 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, görüşün çətin keçdiyini bildirib.

- Çətin qələbə qazandınız. Oyunla bağlı nə deyə bilərsiniz?

- Çətin oyun oldu. Birinci hissədə çox pis çıxış etdik. Çünki rəqibə bütün hava toplarını uduzduq. İkinci hissədə oyunumuzu dəyişdik. Daha aqressiv olduq, topla yaxşı oynadıq.

- "Sabah"la keçirdiyiniz bundan əvvəlki görüş də gərgin olmuşdu. Sizcə,  rəqibə qarşı oyunlarınız niyə çətin keçir?

- Bütün komandalarla görüşlərimiz çətin keçir. "Sabah"  pis komanda deyil, yaxşı oyunçuları var. Hər bir komanda ilə oynamaq, qələbə qazanmaq çətindir.

- Hakimlə bağlı nə deyə bilərsiniz? Son zamanlar hakimlərə çox etiraz edirsiniz.

- Bizim oyunlarımızı daha çox gənc hakimlər idarə edir. Oyunda həddindən artıq sarı vərəqə göstərirlər. Mən də buna etiraz edirəm. Komandamız çempionluğa oynayır, belə matçlar onlara da çətin olur.

- Çempionluğa oynayan komandanın qarşılaşmalarına belə cavan, təcrübəsiz referilər göndərmək nə dərəcədə düzgündür?

- Belə oyunları idarə etmək onları irəli aparmayacaq. Onlara da çətinlik yaradır, matçlar da çox aqressiv keçir.

- Sizin iştirak etmədiyiniz matçlarda "Neftçi" çox əziyyət çəkir. Bu, nə ilə bağlıdır?

- Mənimlə də, mənsiz də əziyyət çəkir. Bunun fərqi yoxdur. Hər bir oyunçumuz komandaya nəticə vermək üçün meydana çıxır, çalışır.

- "Səbail"lə oyuna kimi meydana lider kimi çıxırdınız. İndi isə ikinci pillədə qərarlaşan komanda kimi çıxırsınız. Bu, hər hansı bir təzyiq yaradırmı?

- Biz lider olanda vəziyyət daha yaxşı idi, amma onsuz da hər oyun qələbə qazanmaq lazımdır. Heç nə dəyişməyib. Əlbəttə ki, irəlidə olanda səhv etmək üçün müəyyən şansımız var idi, amma indi yoxdur. Hər oyun qələbə qazanmalıyıq. Sona 3 tur qalıb. Vuruşmalı, əlimizdən gələni etməliyik. Hər bir qarşılaşmada 3 xal qazanmaq lazımdır, yoxsa çempionluğu yaddan çıxarmalıyıq.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Musa · 20 Aprel 13:0202

    Sizi zornan çempion etmək istyirlər. Amma bacarmırsınız. Siz çempion olmağa layiq deyilsiniz.

    Cavab yaz
    • Anonim
      FANAT · 20 Aprel 18:2900

      BIZ OZ SEFLERMIZDEN UCBATINDAN DALA DUSDUK.SIZE GUYA 5 ILDE KOMEK EDEN OLMAYIB?ADAM KISI KIMI DANISAR HAMININ GOZU VAR GORUR QARABAXI NIYE CEMPIYON ETDILER.MENDE BELE DIYIREM.BIZ NEFTCI AZERKESLERNE KOMEKLIKNE CEMPIYONLUQ LAZIM DEYIL.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.