İdman

Dohada dünyanın ən böyük atletika sərgisi açılıb - FOTO

19 Aprel 2019 22:09
0 Şərh     Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Atletika Federasiyasının (BAF) təşkilatçılığı ilə Qətərin paytaxtı Dohada dünyanın ən böyük atletika sərgisi açılıb.

Milli.Az Azərbaycan Atletika Federasiyasının saytına istinadla xəbər verir ki, sərginin məqsədi 36 il əvvəl keçirilən ilk dünya çempionatından etibarən təşkil olunan dünya birinciliklərinin irsini və idmanın bu növünü təbliğ etməkdir.

Sərgi müddətində bir sıra hədiyyələr toplanıb. Dördqat Olimpiya çempionu Lasse Viren 1976-cı ildə Monreal Olimpiadasında geyindiyi idman ayaqqabılarını sərgiyə hədiyyə edib. BAF-ın prezidenti Sebastian Co 1984-cü ildə Los-Anceles Olimpiya Oyunlarında geyindiyi ayaqqabıları və milli komandanın formasını sərgiyə bağışlayıb.

Ərazisi 400 kvadratmetr olan sərgi altı ay ərzində hər gün ictimaiyyətə açıq olacaq. Oktyabrın 7-də başa çatacaq sərginin davam etdiyi müddətdə Dohada minlərlə atletin mübarizə aparacağı Asiya çempionatı, "Brilyant liqa" və dünya çempionatı keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.