İdman

Jalə Qaratova: "Azərbaycanlı gimnastlar “AGF Junior Trophy” turnirində yaxşı nəticə göstərməyə hazırdır"

19 Aprel 2019 18:27
Baxış: 238

Bakıda keçiriləcək bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turnirində azərbaycanlı gimnastlar yaxşı nəticə göstərməyə hazırdır.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycanın gənclərdən ibarət milli komandasının məşqçisi Jalə Qaratova deyib.

O bildirib ki, onun komandası yarışda iki proqramla çıxış edəcək:

"Gimnastlar turnirdə beş halqa və beş lentlə hərəkətlərdə iştirak edəcək. Qızlar yaxşı işləyir və həm lent, həm də halqalarla yaxşı nəticə göstərməyə hazırdır".

Azərbaycan gimnastlarının rəqiblərindən danışan J.Qaratova bildirib ki, hamının qələbə şansı var.

Qeyd edək ki, 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri baş tutacaq. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edəcək.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edəcəklər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar. İki gün davam edəcək yarışlarda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, Avropa Çempionatı 2018-in gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edəcəklər.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.