İdman

Millimizin üzvü qəlyan çəkib paylaşdı - FOTO

19 Aprel 2019 15:54
0 Şərh     Baxış: 1 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin futzalçısı Ramiz Çovdarov qeyri-adi foto ilə gündəmə gəlib.

Milli.Az sportnet.az-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu qəlyan çəkdiyi vəziyyətdə şəklini paylaşıb. O, həmin şəkli sosial şəbəkədə özünün profil fotosuna çevirib. Çovdarov bu addımı 27 fevral 2017-ci ildən atsa da, görünür, belə hərəkətin milli üzvünə yaraşmadığını qəbul etmək istəməyib.

Qeyd edək ki, Azərbaycanın müxtəlif növlər üzrə idmançılarının qəlyanxanalara getdiyinə dair xəbərlər zaman-zaman mətbuatda yer alıb. Lakin onların əksəriyyətinə bunu sübut etdirmək çətinlik törədib. Ramiz Çovdarov isə cəsarətli paylaşımı ilə qəlyan çəkməyin idmançı üçün normal olduğunu "sübuta yetirib".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.