İdman

Pyaniç "Yuventus"dan ayrılır

19 Aprel 2019 12:54
0 Şərh     Baxış: 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Miralem Pyaniç "Yuventus"dan ayrıla bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Qoca sinyora" 29 yaşlı yarımmüdafiəçinin satışı ilə heyətin yenilənməsi və yeni oyunçuların alınması variantını nəzərdən keçirir.

Bosniyalının transferi klubun büdcəsinə 100 milyon avroya yaxın gəlir gətirə bilər.

Pyaniç "Yuventus"a 2016-cı ilin yayında "Roma"dan transfer olunub. Onun komandaya keçidi turinlilərə 32 mln. avroya başa gəlib. Futbolçu cari mövsümdə klub səviyyəsində 39 oyunda iştirak edib, 4 qol vurub, 6 məhsuldar ötürmə verib. Pyaniçin klubla müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.