"Qələbəni əldən buraxdıq. Məğlubiyyətə layiq deyildik. Üç xal qazanıb, kubok oyunlarına motivasiyalı çıxmaq istəyirdik".
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 25-ci turunda bu gün "Səbail"ə uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.
"Komandamız sonluğu gətirə bilmirdi. Bu gün gənc futbolçulara şans vermişdik. Xarakter barədə futbolçulara inandığımızı bildirmişdik" - deyə Abbasov bildirib.
Baş məşqçi aprelin 23-də Azərbaycan kubokunun yarımfinalda "Zirə" ilə keçiriləcək matça görə bir neçə futbolçuya istirahət verdiklərini əlavə: "Bu, bizim üçün önəmlidir. Bəlkə, əzmkarlıq göstərərək, bu ilin ağrı-acısını unutdura bilərik".
Milli.Az