İdman

Tərlan Əhmədov qovuldu

18 Aprel 2019 21:39
0 Şərh     Baxış: 1 061

Azərbaycan Premyer Liqasının 25-ci turuna səfərdə "Qarabağ"la qarşılaşan "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov texniki zonadan qovulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, matçın 18-ci dəqiqəsində "Qarabağ"ın hesabı açmasından sonra hakimlərə etirazını bildirib. Əhmədov meydan sahiblərinin hesabı açarkən qayda pozuntusuna yol verdiyini iddia edib.

Görüşün baş hakimi Əliyar Ağayev kəskin etiraz etdiyi üçün Tərlan Əhmədovu texniki zonadan uzaqlaşdırıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.