İdman

Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı son tamamlanma işləri aparılır

18 Aprel 2019 19:29
0 Şərh     Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı son tamamlanma işləri aparılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib.

O qeyd edib ki, bilet satışları ötən ildən daha yaxşı gedir. Onun sözlərinə görə, 2016-cı ildən indiyə qədər hər il biletlərin satışında artım müşahidə olunur.

Yarışın təşviqi nəticəsində xüsusən yarışa xaricdən gələnlərin sayı artmaqdadır. O qeyd edib ki, Avropa ölkələrindən maraq artır. Əvvəlki yarışlarda 50 nəfərə qədər insanın gəldiyi ölkələrdən bu il gələnlərin sayı yüzlərlədir. İnanırıq ki, bu il də çox maraqlı yarış baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.