İdman

Salah "Liverpul"dan gedir

18 Aprel 2019 19:14
0 Şərh     Baxış: 1 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş məşqçi Yurqen Klopp ilə hərarətli bir mübahisə yaşayan Məhəmməd Salahın mövsümün sonunda "Liverpul"dan ayrılmaq üçün icazə istədiyi xəbəri yayılıb.

Milli.Az İspaniyanın "AS" qəzetinə istinadən xəbər verir ki, Salahın komandadan ayrılması son günlər gündəmə gəlib.

Ötən mövsümdə 52 oyunda 44 qol vuraraq rekordları alt-üst edən 26 yaşlı futbolçu üçün "Real Madrid"ə getməsi söylənilsə də, Madrid klubunun planlarında belə bir transfer həmləsinin olmadığı bildirilib.

Ötən mövsüm Çempionlar Liqası finalında Madrid "Real"ına uduzan "Liverpul" bu il də final yolundadır. Onlar yarımfinalda "Barselona" ilə mübarizə aparmalı olacaqlar. "Qırmızılar" İngiltərə Premyer Liqasında isə liderlik üçün "Mançester Siti" ilə başabaş mübarizə aparırlar.

Əliş Abdulla
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.