İdman

Valverde kimi arzulayır: “Liverpul” yoxsa “Portu”?

17 Aprel 2019 15:59
0 Şərh     Baxış: 897

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Mançester Yunayted"ə 3:0 hesabı ilə qalib gələn "Barselona"nın baş məşqçisi Ernesto Valverde matçdan sonra açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, oyunda iki qolla yadda qalan Lionel Messinin komandaya böyük dəstək olduğunu deyib:

"Oyunun əvvəlində daha yaxşı oynamalı idik, amma tez bir zamanda vəziyyəti düzəltdik. Messinin hər zaman böyük oyunlarda fərqləndiyini bilirik. Sadəcə, qol vurmaqla deyil, oyunun hər anında komandaya böyük dəstək olur.

"Barselona"dan həmişə tələblər çox olur. Bütün turnirlərdə qalib gəlməyə məcburuq. Nəticə qazanmağa davam etməliyik. Sona qədər getmək istəyirik".

Növbəti mərhələdə qarşılaşa biləcəkləri rəqib haqqında danışan ispan mütəxəssis, "Liverpul" və "Portu" arasında seçim etmək istəmədiyini deyib:

"Artıq yarımfinaldakı rəqibimizi gözləyirik. Çempionlar Liqasındakı heç bir rəqiblə oyunlarda əminlik ola bilməz. "Liverpul" ilk oyunda yaxşı nəticə əldə etdi. Nə baş verəcəyini görəcəyik".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.