İdman

"Yuventus" qorxdu" - "Ayaks"ın baş məşqçisi

17 Aprel 2019 13:24
9 Şərh     Baxış: 1 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində səfərdə "Yuventus"u 2:1 hesabı ilə məğlub edən "Ayaks"ın baş məşqçisi Erik ten Haq fikirlərini bölüşüb.

Milli.Az xəbər verir ki, 49 yaşlı mütəxəssis qələbəni şərh edib: "Məncə, "Ayaks", Hollandiya və oyunçular üçün unudulmaz gecə oldu. Çempionlar Liqasında favorit olan daha bir klubu mübarizədən kənarlaşdırdıq. Fəlsəfəmiz sərhədlərimizi aşmaqdır. Biz də bunu bacardıq".

Hollandiyalı mütəxəssis "Yuventus"un çəkindiyini deyib: "Madriddə olanlara görə "Yuventus"un bizdən qorxduğunu görürdük. Texniki cəhətdən güclü futbolçularımız var. Bu səbəbdən də bizi təzyiq altına salmaq çətin olur".

Ten Haq ev oyununda daha çox qol vurmalı olduqlarını deyib: "Yuventus"la matçlarımız "Real"la oyunlara bənzəyirdi. Amsterdamdakı ilk oyunda çox qol vurmalı idik. Qol şanslarını istifadə edə bilmirik. Oyunlarda məsələni daha erkən bitirə bilərik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.