İdman

Maykl Essyen "Stemford Bric"ə qayıdır - Sünya yığmasının heyətində

17 Aprel 2019 11:49
0 Şərh     Baxış: 1 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səbail"in ulduz futbolçusu Maykl Essyen yayda daha bir oyuna dəvət alıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, qanalı yarımmüdafiəçi sevimli stadionu olan "Stemford Bric"ə növbəti dəfə ayaq basacaq.

Belə ki, 37 yaşlı oyunçu iyunun 16-da "Çelsi"nin stadionunda xeyriyyə matçında iştirak edəcək. UNICEF-ə dəstək xarakterli görüşdə Essyenin keçmiş komanda yoldaşları Didye Droqba və Rikardo Karvalyo da meydana çıxacaq. Dünya yığmasının İngiltərə əfsanələrinə qarşı keçirəcəyi qarşılaşmada meydan sahiblərinin heyətində Co Koul, Frenk Lempard kimi oyunçular yer alacaq. Həmçinin digər idman növlərindən tanınmış bir neçə sima da oynayacaq ki, onlardan biri də əfsanəvi atlet Useyn Boltdu.

İngiltərə əfsanələrinə Harri Rednapp rəhbərlik edəcək. Essyenin yer alacağı dünya yığmasının məşqçiləri isə Sem Allardays və Pirs Morqan olacaq.

Bununla bağlı "Çelsi"nin rəsmi saytına açıqlama verən "Səbail"in veteran oyunçusu sevincini gizlətməyib: "Stemford Bric"də yenidən böyük kütlə qarşısına çıxacağım üçün sevinirəm. Ora mənim evimdi. Dünya yığması Droqba və Karvalyo ilə daha güclü görünür. UNICEF üçün oynamaq və dünyanın dörd bir yanında əziyyət çəkən uşaqlara dəstək olmaq xüsusidi".

Qeyd edək ki, Maykl Essyen mayın 18-də Afrika yığmasının heyətində Nigeriya millisinin sabiq ulduzlarına qarşı görüşdə iştirak edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.