İdman

"Sonuncu dəfə yarımfinala çıxanda mən anadan olmamışdım" - "Ayaks"ın kapitanı

17 Aprel 2019 09:49
0 Şərh     Baxış: 1 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ayaks" Çempionlar Liqasında "Yuventus"u mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

Milli.Az xəbər verir ki, Hollandiya klubunun kapitanı Matteys De Liqt oyundan sonra açıqlama verib. O, mümkünsüzü bacardıqlarını bildirib:

"İnanılmazdır! Bu, normal deyil. "Real" və "Yuventus"u mübarizədən kənarlaşdırdıq. Buna deyəcək söz tapmıram. Sonuncu dəfə yarımfinala çıxanda mən anadan olmamışdım. Çox xoşbəxtəm".

Qeyd edək ki, "Ayaks" sonuncu dəfə 1995-ci ildə Çempionlar Liqasının yarımfinal mərhələsinə yüksəlib, De Liqt isə 1999-cu ildə doğulub.

Elçin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.