İdman

"Liverpul" Portuqaliya səfərində, "Mançester Siti"nin ev sınağı

17 Aprel 2019 08:40
0 Şərh     Baxış: 1 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq. Milli.Az matç.az-a istinadən bildirir ki, sonuncu yarımfinalçılar Portu və Mançesterdə bəlli olacaq.

İlk oyunda doğma meydanda 2:0 hesabı ilə qələbə qazanan "Liverpul" "Portu" səfərinə yollanacaq. Mersisaydlılar hesabın verdiyi üstünlükdən yararlanaraq yarımfinala yüksəlməyi hədəfləyir. Meydan sahiblərinin heyətində uzunmüddətli sıradan çıxan Abubakarın xaricində hər iki komandanın itkiləri yoxdur.

Günün digər oyunu isə daha maraqlı mübarizə vəd edir. Londonda minimalhesabla məğlub olan "Mançester Siti" doğma meydanda "Tottenhem"lə üz-üzə gələcək. Qonaqlar bu oyuna ciddi itkilərlə çıxacaqlar. Erik Dayer, Lamela və Keyn zədə səbəbindən oyunu buraxmalı olacaq. Bundan başqa, Delle Alli və Uinksin də meydana çıxmamaq ehtimalı var.

Çempionlar Liqası

1/4 final (cavab oyunları)

23:00. "Portu" - "Liverpul"

Baş hakim: D. Makelie (Hollandiya). "Estadio de Dragao", Portu.

İlk oyun: 0:2

23:00. "Mançester Siti" - "Tottenhem"

Baş hakim: Cüneyt Çakır (Türkiyə). "Ettihad Stadium", Mançester.

İlk oyun: 0:1

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.