İdman

Messi 6 il sonra qol vurdu, İnyestanı keçdi

17 Aprel 2019 07:41
0 Şərh     Baxış: 1 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Barselona" "Mançester Yunayted"lə qarşılaşdı. Milli.Az matç.az-a istinadən bildirir ki, sözügedən görüş kataloniyalıların futbolçusu Lionel Messi üçün əlamətda olub.

Belə ki, argentinalı ulduz bu qarşılaşmada start heyətində meydana çıxmaqla "Barselona"nın heyətində 133-cü ÇL matçını keçirib. Bununla da o, Anderas İnyestanı (132 oyun) keçərək, turnirdə ən çox oyun keçirən futbolçuların siyahısında 2-ci pilləyə yüksəlib. Birinci pillədə isə Xavi Hernandes qərarlaşıb - 157.

Maraqlıdır ki, oyunun ilk yarısında dubl edən Leo 6 il sonra ÇL-nin 1/4 final mərhələsində fərqlənə bilib. Bundan əvvəl isə o, son dəfə 2012/13 mövsümündə bu mərhələdə PSJ-yə qarşı oyunda fərqlənmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.