İdman

Burun qırmaq Ayaz Quliyevi nə qədər ziyana salıb?

17 Aprel 2019 07:28
0 Şərh     Baxış: 923

"Spartak"ın azərbaycanlı futbolçusu Ayaz Quliyevin küçə davasında burnunu qırdığı amerikalıya şikayət etməməsi üçün nə qədər kompensasiya ödədiyi bəlli olub. Milli.Az matç.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın "Mash" kanalı xəbər yayıb.

Bildirilib ki, Quliyev 29 yaşlı ABŞ vətəndaşı Maykl Kou Con Eliyə 155 min rubl (təxminən 4 min azn) ödəyib. Amma zərərçəkənin bu məbləğdən narazı qaldığı, futbolçudan daha artıq pul tələb etdiyi qeyd edilib.

Bu insidentdən sonra "Spartak" oyunçunu fantastik məbləğdə (5 milyon rubl) cərimələmiş, özünü isə ikinci heyətə yollamışdı.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.