İdman

"Qarabağ”ın futbolçusu: “Həyat yoldaşım məni hədələyir”

16 Aprel 2019 15:44
3 Şərh     Baxış: 1 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Evimdə "Playstation" var. Tez-tez futbol oynayıram. Silahlı oyunlardan xoşum gəlmir. İşim olan idman növü daha çox maraq yaradır".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Polşa mətbuatına müsahibəsində "Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak deyib.

O, həyat yoldaşının "Playstation" oynamasından narazı qaldığını bildirib: "Yalnız FİFA oynayıram. Həyat yoldaşım bu vəziyyətə tez-tez əsəbiləşir. O, məni "Playstation"u evdən atmaqla hədələyir. Çünki saatlarla futbol oynamaqdan doymuram. Həmçinin yutubda videolara çox baxıram. Bu öyrəşdiyim bir şeydir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.