İdman

Valverde: “Barselona həyəcanlıdır"

16 Aprel 2019 15:14
0 Şərh     Baxış: 580

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Mançester Yunayted"i qəbul edəcək "Barselona"nın baş məşqçisi Ernesto Valverde açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, ilk oyunda 1:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, "qırmızı şeytanlar"ın səfərdə yaxşı oyun göstərdiyini deyib:

"İki yaxşı komandanın oyunu olacaq. Hamımız çətin matç olacağını bilirik. Rəqib Çempionlar Liqasında son 4 səfər oyununun 3-də qalib gəlib, Juventus-u və PSJ-ni son dəqiqələrdə vurduğu qolla məğlub edib. Çətin komandayla qarşılaşacağımızı bilirik, amma "Mançester Yunayted"-dən qorxmuruq. Sadəcə, komandada böyük bir həyəcan var".

İspan mütəxəssis, komandanın hücumçusu Lionel Messinin 2013-cü ildən bəri Çempionlar Liqasının 1/4  final mərhələlərində qol vura bilməməsi ilə bağlı suala belə cavab verib:

"Statistikalar gələcəklə deyil, keçmişlə bağlı məlumat verir".

"Barselona" - "Mançester Yunayted" matçı bu gün, saat 23:00-da start götürəcək.  

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.