İdman

"Ayaks"ın 54 azarkeşi oyuna buraxılmır - Qalmaqal yaratmaq istəyiblər

16 Aprel 2019 14:59
0 Şərh     Baxış: 305

Çempionlar Liqasının 1/4 finalında bu gün keçiriləcək "Yuventus" - "Ayaks"cavab matçı üçün İtaliyaya gedən Hollandiya klubunun 54 azarkeşi ölkədən deportasiya ediləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb  onların üzərlərindən fişəng, silah, bıçaq və digər qadağan edilmiş yad cisimlərin çıxmasıdır. İki avtobusla Turinə yollanan bu azarkeşlərin "Yuventus"lu fanatlarla küçədə dava etməyi planlaşdırdıqları bildirilib.

Polis bölməsinə aparılan sözügedən şəxslərin kimlikləri müəyyənləşdikdən sonra ölkələrinə geri qaytarılacaq.

Qeyd edək ki, bu komandalar arasında Hollandiyada keçirilən görüşdən əvvəl hər iki komandanın azarkeşləri dava etmiş və polis 120 "Yuventus" azarkeşinin stadionuna girişinə qadağa qoymuşdu.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.