İdman

"Mançester Siti" İlkayı satır

16 Aprel 2019 14:39
0 Şərh     Baxış: 736

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan yayda İngiltərə təmsilçisindən ayrıla bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi türkəsilli alman yarımmüdafiəçini satmağı planlaşdırır. "Mançester Siti" 28 yaşlı oyunçunun satışından 30 milyon avro qazanmağı düşünür.

Qeyd edək ki, bundan əvvəl İlkayın  klubu ilə 2020-ci ildə müqaviləsinin müddəti başa çatacaq müqaviləsinin müddətini uzatmaqla bağlı danışıqları dayandırdığı yazılmışdı.  Onun heyətində ulduz futbolçular olan komandada növbəti mövsüm mütəmadi olaraq start heyətdə yer almayacağını düşündüyü üçün bu addımı atdığı bildirilmişdi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.