İdman

Akrobatlarımız Dünya Kubokunda 8-ci oldu

16 Aprel 2019 12:37
0 Şərh     Baxış: 214

Belçikanın Purs şəhərində akrobatika gimnastikası üzrə Dünya Kuboku yekunlaşıb. 18 ölkənin iştirak etdiyi yarışda, Azərbaycan gimnastları qarışıq və kişi cütlüyü proqramında təmsil olunublar.

Milli.Az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyümüz ötən gün çıxış etdikləri final mərhələsində 21.320 xalla 8-ci yerdə qərarlaşıblar. Seymur Cəfərov və Murad Əkpərov cütlüyü isə yarışları 13-cü yerdə bitiriblər.

Dünya Kuboku ilə paralel gedən beynəlxalq yarışda isə qadın üçlüyümüz çıxış edib. Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadə turnirdə 28-ci yerdə qərarlaşıblar.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.