İdman

Rüfət Dadaşov: "Tilsimi qırmağa çalışacağam"

16 Aprel 2019 13:29
0 Şərh     Baxış: 469

"Bu, həqiqətən çox yaxşı nəticə oldu. 3 xal bizim üçün olduqca vacib idi".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Proyssen" klubunun hücumçusu Rüfət Dadaşov deyib. Üçünçü bundesliqanın 33-cü turunda evdə "Münhen 1860"ı 1:0 hesabı ilə məğlub etdikləri oyunda komandasının qələbə qolunu vuran millimizin üzvü qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. 27 yaşlı forvard növbəti matçlarda da qələbə qazanmağa çalışacaqlarını bildirib:

"Biz hələ bilmirik, topladığımız 45 xal çempionatda qalmaq üçün bizə bəs edəcək, ya yox. Bu, digər komandalardan da asılıdır. Amma biz daha çox öz oyunumuza baxırıq və hər bir görüşdə qələbə haqda düşünürük. Uzun müddət idi qol vura bilmirdim. Cari mövsüm 8 qoldan yalnız birini öz meydanımızda vurmuşam. Ancaq evdə də azarkeşlərimizi qollarla coşdurmaq istəyirəm. Bu tilsimi tezliklə qırmağa çalışacağam".

Qeyd edək ki, "Proyssen" sona 5 tur qalmış 45 xalla 7-ci pillədə qərarlaşıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.