İdman

Rüfət Dadaşov rəqib futbolçunun burnunu qırıb

16 Aprel 2019 11:59
0 Şərh     Baxış: 422

Almaniya üçüncü bundesliqası təmsilçisi "Proyssen"də çıxış edən millimizin üzvü Rüfət Dadaşov 32-ci turda "Münhen 1860"la matçda rəqib komandanın futbolçusu Simon Lorentsin burnunu qırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, 76-cı dəqiqədə top uğrunda mübarizə zamanı dirsəyi ilə S.Lorentsi vurduğu üçün sarı vərəqə ilə cəzalandırılıb. Tibbi müayinədən keçən futbolçunun burun sümüyündə qırıq aşkarlanıb. Bundan başqa, onun gözünün altı əzilib. S.Lorentsin növbəti matça xüsusi maska ilə çıxa biləcəyini vurğulanıb.

Qeyd edək ki, Dadaşov sözügedən qarşılaşmanın 30-cu dəqiqəsində komandasının yeganə qolunun müəllifi olub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.