İdman

Alleqri "Ayaks"a qalib gələcəklərinə ümid edir

16 Aprel 2019 11:07
5 Şərh     Baxış: 532

"İlk görüşün nəticəsi heç bir şey demək deyil.  Qarşıda fərqli matç var. "Atletiko"ya qarşı oynadığımız ruhda oynamalıyıq. "Ayaks"ın hücumuna hörmətlə yanaşmalı, ötürmələrdə dəqiq olmalıyıq".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/4 finalında "Ayaks"la cavab oyunu öncəsi deyib.

O, komandanın qol silahı Kriştiano Ronaldonun ilk qarşılaşma müqayisədə daha yaxşı vəziyyətdə olduğunu bildirib: "Ronaldo üstün keyfiyyətlərə malik futbolçudur. Bəzi məqamlarda o, dayandırıla bilməz. Bu, Ronaldonun üzündən də oxunur. İlk matça müqayisədə artıq yaxşı vəziyyətdədir".

M.Alleqri enerjisi yüksək bir oyun olacağını söyləyib: "İlk görüşdə etdiyimizdən daha yaxşı oynamalıyıq. "Ayaks" bu mövsüm səfər matçlarında uduzmayıb. Ümid edirəm ki, biz bunu dəyişəcəyik. Rəqibə hörmət etməliyik. Çünki güclü komandadır. Hücum zamanı səhv etməməliyik. Aqressiq oynamalıyıq".

Qeyd edək ki, "Yuventus" - "Ayaks" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    meydan · 16 Aprel 11:1921

    Uğurlar YUVE

    Cavab yaz
  • Anonim
    JUVE · 16 Aprel 11:2922

    FORZA JUVEEEE

    Cavab yaz
  • Anonim
    Sübhan · 16 Aprel 12:4522

    Uğurlar

    Cavab yaz
  • Anonim
    Sinyur JUVENTUSLU · 16 Aprel 19:3210

    YUVENTUS SENE INANIRIQ !!! IRELI !!!

    Cavab yaz
  • Anonim
    Aleksandro Del Piyero · 16 Aprel 19:3410

    UGURLARRRRRR!!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.