İdman

Kavaninin yerinə 6 namizəd

16 Aprel 2019 09:54
0 Şərh     Baxış: 993

PSJ uruqvaylı hücumçusu Edinson Kavani ilə mövsümün sonunda yollarını ayırmağı planlaşdırır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Paris təmsilçisi yeni mərkəz hücumçusu axtarışına artıq başlayıb.

İlk mərhələdə 32 yaşlı forvardın yerinə 6 namizəd müəyyənləşib. Bunlar Nikolya Pepe ("Lill"), Luka Yoviç (Eintracht), Antuan Qrizmann (Atletico), Mauro İkardi (İnter), Timo Verner (Leipzig) və Joao Feliksdi (Benfica). Fransızlar bu oyunçulardan ən azı birini yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Edinson Kavani bu mövsüm 28 oyunda 22 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.