İdman

Mövsümün sonunda karyerasını bitirəcək

15 Aprel 2019 18:54
0 Şərh     Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un müdafiəçisi Andrea Barzaqli mövsümün sonunda futbolçu karyerasını bitirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə 37 yaşlı futbolçu İtaliya mətbuatına açıqlamasında deyib. Barzaqli, cari mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini bildirib.

Karyerası ərzində "Askoli", "Volfsburq", "Kievo", "Palermo" kimi klubların şərəfini qoruyan Barzaqli, 2011-ci ildən "Yuventus"da çıxış edir. Müdafiəçi 74 dəfə də İtaliya millisində forma geyinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.