İdman

Danışılmış oyunlardan 10 milyon qazanan kluba ağır cəza

15 Aprel 2019 17:29
0 Şərh     Baxış: 1 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın "Sumy" futbol komandasının iştirakçısı olduğu danışılmış oyunlardan 10 milyon avro qazanc götürülüb.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, bu barədə "Futbol 1" telekanalında yayımlanan "Velikiy futbol" proqrmanda bildirilib. Məlumata görə, Ukrayna ikinci liqasında çıxış edən komanda 1,5 il ərzində 30-dək danışılmış oyun təşkil edib.

Bu görüşlərdən müxtəlif şəxslər ümumilikdə 10 milyon avro irəli düşüblər.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Futbol Federasiyası ölkənin ikinci liqasında çıxış edən "Sumy"nı bütün yarışlardan kənarlaşdırıb. Komandanın özü isə peşəkar statusdan məhrum edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.