İdman

Azad Rəhimov "Formula 1" Azərbaycan Qran prisindən danışdı - Ləngimələr...

15 Aprel 2019 11:54
Baxış: 579

"Formula 1" Azərbaycan Qran prisinin keçirilməsi ilə bağlı heç bir problem və ləngimələr yoxdur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib.

A.Rəhimov bildirib ki, bundan əvvəlki 3 ildə yarış hansı səviyyədə keçirilirdisə, bu il də eyni səviyyədə olacaq: "Çox istəyərdik ki, 2017-ci ildə keçirilən "Formula 1" yarışları kimi builki yarışlar da maraqlı keçsin".

Bilet satışı haqqında danışan A.Rəhimov qeyd edib ki, bilet satışları da uğurla davam edir. Onun sözlərinə görə, ən çox bileti Rusiya, İngiltərə, Monako, Niderland və Türkiyə vətəndaşları alıblar.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.