İdman

Azərbaycan güləşçiləri Antalyadan 11 medalla qayıdır - FOTO

15 Aprel 2019 09:39
0 Şərh     Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında keçirilən "Victory Cup" turnirinə yekun vurulub.

Milli.Az bildirir ki, Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, son yarış günündə 6 güləşçimiz fəxri kürsüyə qalxıb. Sərbəst güləşçilərin mübarizəsində Fərhad Kərimli (60 kq) çempion olubsa, Mamed Əhmədov (60 kq) və Kənan Heybətov (51 kq) üçüncü yeri tutub. Qızların turnirində Elnurə Məmmədova (53 kq) və Mərziyə Sadıqova (61 kq) gümüş medal qazanıb. Yunan-Roma güləşçilərinin yarışında isə Elmir Əliyev (51 kq) fəxri kürsünün 2-ci pilləsinə yüksəlib.

Beləliklə, ümumilikdə bu yarışda qazancımız 11 medal - 2 "qızıl", 5 "gümüş" və 4 "bürünc" olub. Xatırladaq ki, beynəlxalq dərəcəli hakim Zaur Şərifov "Victory Cup"da ədaləti qoruyub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.