İdman

Eddi İsrafilov "fərqləndi" və fərqləndirdi

15 Aprel 2019 07:55
0 Şərh     Baxış: 788

İspaniya Sequndasında XXXIV tur davam edir. Milli.Az matç.az-a istinadən bildirir ki, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Alkorkon" da növbəti oyununu keçirib.

Sözügedən komanda səfərdə "Zaraqoza" ilə qarşılaşıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matça start heyətində başlayan Eddi 90 dəqiqə meydanda olub.

O, komandasının ilk qolunda Munyoza məhsuldar ötürmə verib, 36-cı dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, 34 oyundan sonra aktivində 47 xal olan "Alkorkon" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.