İdman

"Liverpul" "Çelsi"ni uddu, "Mançester Siti"dən qələbə

14 Aprel 2019 22:02
0 Şərh     Baxış: 1 187

İngiltərə Premyer Liqasının 34-cü turunun oyunları baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Liverpul" doğma meydanı "Enfild" stadionunda "Çelsi"ni qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 51-ci dəqiqədə Sadio Mane açıb. Cəmi 2 dəqiqə sonra mersisaydlıların misirli hücumçusu Məhəmməd Salah hesab fərqini 2-yə çatdırıb.

Qeyd edək ki, 34 turdan sonra "Liverpul" turnir cədvəlinə başçılıq edir (85 xal), "Çelsi" isə dördüncüdür (66 xal).

"Kristal Pelas" - "Mançester Siti" - 1:3
Qollar:
 Sterlinq, 15 (0:1), 63 (0:2), Milivoyeviç, 81 (1:2), Jesus, 90 (1:3)

"Liverpul" - "Çelsi" - 2:0
Qollar:
 Mane, 51, Salah, 53

Qeyd edək ki, turnir cədvəlinə 85 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 83 xalla 2-ci, "Tottenhem" 67 xalla 3-cü, "Çelsi" 66 xalla 4-cü, "Mançester Yunayted" 64 xalla 5-cidir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.