İdman

"Mirabdullanın zədələnməsi qırılma nöqtəsi oldu" - Bordin

14 Aprel 2019 20:38
4 Şərh     Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bizim üçün gözlənilməz nəticədir. İlk hissədə aparıcı tərəf olmağa çalışırdıq. Hesabda 1:0 öndə olanda növbəti qolu vurmağa çalışırdıq. Nəticəyə rəğmən, sonadək vuruşacağıq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi"in baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə "Səbail" ilə 2:2 hesablı bərabərlikdən sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis matçın 72-ci dəqiqəsində zədələnən hücumçu Mirabdulla Abbasovun əvəzinə müdafiəçi Tural Axundovu oyuna daxil etməsinə belə şərh verib: "Mirabdullanın yerinə Sansoneni buraxa bilməzdim. Çünki limit pozulardı. Rəqib də hücumlar təşkil edirdi. Abbasovun zədələnməsi qırılma nöqtəsi oldu. Məcbur qalıb sistemi də dəyişdim. Rəqibin ehtiyat oyunçular skamiyasının qolları çılğınlıqla qeyd etməsinə siz şərh verə bilərsiniz. Biz ilk dəqiqələrdən sona qədər qələbə haqda düşünürdük. Rəqib yaxşı müdafiə olunurdu. Emin Mahmudovun yoxluğu hiss olunurdu. O, komandanın lideridir, simvoludur".

Bordin "Neftçi"nin qorxaq futbol sərgiləməsi ilə bağlı iradı qəbul etmədiyini deyib: "Komandam titula layiqdir. Qorxaq futbol sərgiləmir. İllərdir futbolun içindəyəm. Köməkçi də olmuşam, baş məşqçi də işləmişəm. Biz ikinci yer üçün mübarizə aparmırıq. Sona qədər də çempionluq mübarizəsində yer alacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.