İdman

Nurməhəmmədov Makqreqorla revanş döyüşün şərtini açıqladı

14 Aprel 2019 16:10
3 Şərh     Baxış: 1 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla revanş döyüşün şərtlərini açıqlayıb.

Milli.Az Oxu.az-a istinadən yazır ki, Nurməhəmmədov revanş döyüşün keçirilməsi üçün rəqibinin başqa döyüşdə qalib gəlməsini şərt göstərib.

"Sən və sənin komandan 2016-cı ildən titullar qazanmamısınız. İlk növbədə sən qalib gəlməlisən. Bundan sonra revanş döyüş haqqında söhbət edə bilərik", - deyə o vurğulayıb.

Qeyd edək ki, dünən Makqreqor sosial şəbəkədə Nurməhəmmədovu promouşenin ən yaxşı döyüşçüsü hesab etmədiyini açıqlayıb. O bildirib ki, revanş döyüş bütün suallara aydınlıq gətirəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.