İdman

PSJ-nin sahibi Avropada daha bir klub alır

14 Aprel 2019 14:55
0 Şərh     Baxış: 1 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin sahibi olan Qətər kral ailəsi Avropada daha bir klub almaq istəyir.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, onlar bu dəfə İngiltərəyə göz dikib.

Amma onlar Premyer Liqadan yox, Çempionşipdən klub almaq istəyir. Məqsəd həmin klubu qarşıdakı illərdə Premyer Liqaya çıxarmaqdı. Kral ailəsinin hədəfindəki klublar da bəllidi: "Aston Villa", "Nottingem Forest" və "Queens Park Reyncers".

Qətər İdman Təşəbbüsləri 2011-ci ildə Nassir Əl-Xelafinin rəhbərliyi ilə PSJ-ni satın alıb və indiyə qədər kluba 800 milyon funt-sterlinqdən artıq pul xərcləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.