İdman

"Yuventus"dan daha bir transfer bombası: 100 milyon avro

14 Aprel 2019 11:03
2 Şərh     Baxış: 1 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un yayda heyətinə qatmaq istədiyi daha bir futbolçunun kimliyi müəyyənləşib.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, Turin klubu bu mövsüm performansı ilə diqqətləri üzərinə çəkən "Benfika"nın gənc ulduzu Joao Feliksin transferi üçün hərəkətə keçib.

Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Ayntraxt"a (Frankfurt) 3 qol vuraraq həftənin ən yaxşısı seçilən 19 yaşlı futbolçu üçün "Yuventus" 100 milyon avro təklif edəcək. "Tuttosport"un məlumatına görə, Turin klubu Paulo Dibalanı sataraq bu transferi reallaşdırmaq qiyyətindədi.

Qeyd edək ki, Joao Feliks cari mövsümdə oynadığı 36 matçda 15 qol vurub və 7 məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.