İdman

Eldəniz Əzizli bürünc medal qazandı - YENİLƏNİB

13 Aprel 2019 20:22
0 Şərh     Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya çempionu, yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq) Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bürünc mükafat uğrunda mübarizədə o, türkiyəli Şərif Kılıca qalib gəlib.

15.07

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında daha bir idmançımız erməni rəqibini məğlub edib.

Yunan-Roma güləşçimiz Orxan Nuriyev (-97 kq) mübarizəyə start verib.

O, 1/8 finalda Artur Şahinyanla (Ermənistan) qarşılaşıb. İdmançımız ötən Avropa çempionatının bürünc mükafatçısı üzərində inamlı qələbə qazanaraq (3:0) 1/4 finala vəsiqə qazanıb.

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə saat 19:00-dan etibarən Taleh Məmmədov (-63 kq) bürünc medal uğrunda görüşdə Slavik Qalstyanla qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəl Hacı Əliyev, Ağahüseyn Mustafayev və  İslam Abbasov erməni idmançıları məğlub ediblər. 

13:40

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı (AÇ) davam edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki,bu gün yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (-60 kq), Kamran Məmmədov (-67 kq), Ülvi Qənizadə (-72 kq), Rafiq Hüseynov (-82 kq) və Orxan Nuriyev (-97 kq) mübarizəyə start verir.

İlk dörd idmançımızın rəqibləri artıq bəllidir. Yalnız Orxan Nuriyevin rəqibi bilinmir. O, 1/8 finalda Artur Şahinyan (Ermənistan) - Pontus Yuhan Lund (İsveç) cütünün qalibi ilə görüşəcək.

Bu gün həmçinin Bakı vaxtı ilə saat 19:00-da dünən mübarizəyə qoşulmuş üç idmançımız medal uğrunda mübarizə aparacaq. Bunlar dünya və Avropa çempionumuz Eldəniz Əzizli (-55 kq), Taleh Məmmədov (-63 kq) və İslam Abbasovdur (-87 kq). İlk iki idmançımız bürünc, İslam Abbasov isə qızıl medal görüşünə çıxacaq. Bunlardan Taleh Məmmədovun görüşü prinsipial olacaq. Belə ki, o, bürünc medal üçün Slavik Qalstyanı məğlub etməlidir.

Bundan başqa, bu gün təsəlliverici görüşlərə iki idmançımız qatılıb. Onlardan Elvin Mürsəliyev (-77 kq) dünya və Avropa çempionu olmuş erməni Arsen Culfalakyana minimal fərqlə (1:2) uduzmaqla bürünc medal qazanmaq şansını itirib.

İran azərbaycanlısı olan güləşçimiz Sabah Şəriəti (130 kq) 1/8 finalda üçqat dünya, yeddiqat Avropa çempionu Rza Kayaalpa uduzsa da (0:5), tanınmış rəqibinin finala yüksəlməsi ilə onun da bürünc medal qazanmaq şansı yaranıb. Şəriəti ilk təsəlliverici görüşdə çətinlik çəkmədən Ante Milkoviçi (Xorvatiya) 10:2 hesabı ilə yenərək mübarizədən kənarlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.