İdman

Qadın velosipedçimiz Türkiyədə keçirilmiş yarışda parlaq qələbə qazanıb - FOTO

13 Aprel 2019 20:04
0 Şərh     Baxış: 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Giresun şəhərində keçirilmiş çempionatın ikinci mərhələsində yeniyetmə qızların 45 kilometr məsafəyə velosiped üzrə qrup ötüşməsi yığma komandamızın üzvü Lalə Əbdürəhmanovanın parlaq qələbəsi ilə başa çatıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Milli.Az-a bildiriblər ki, iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlaşan yeniyetmə qızlarımız Türkiyə çempionatında Lalə Əbdürəhmanova, Viktoriya Sidorenko, Gülşən İsmayılova və Məleykə İsgəndərovadan ibarət heyətlə çıxış edib. Bu gün iştirakçılar kriterium ötüşməsində mübarizə aparacaqlar.

Qeyd edək ki, Türkiyə çempionatında Azərbaycanın yeniyetmə və gənc oğlanlardan ibarət yığma komandaları da çıxış edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.