İdman

Rüfət Dadaşov "Proyssen"ə qələbə qazandırdı

13 Aprel 2019 19:33
0 Şərh     Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın 3-cü Bundesliqasında 33-cü tura start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" səfərdə "Münhen 1860" ilə qarşılaşıb. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 30-cü dəqiqədə məhz Rüfət Dadaşov  vurub. 90 dəqiqə meydanda olan millimizin üzvü 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Bu qələbə sayəsində turnir cədvəlində rəqibini qabaqlayan "Proyssen" 6-cı pilləyə yüksəlib.

Qeyd edək ki, bu, Rüfətin üçücü liqada 8-ci qolu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.